• İran İslam Şurası Məclisinin üzvləri: Amerika Suriyada məğlub olacaq
    İran İslam Şurası Məclisinin üzvləri: Amerika Suriyada məğlub olacaq

İran İslam Şurası Məclisinin üzvləri ABŞ və müttəfiqlərinin Suriyaya olan hücumunu kəskin formada qınayıblar. Onlar ötən 7 ildə olduğu kimi bu dəfə də ABŞ-ın Suriyada məğlub olacağını deyiblər.

İran İslam Şurası Məclisinin üzvləri bazar günü bir bəyanat yayaraq, bildiriblər: Amerika dünyanın şər mehvəri olaraq Britaniya və Fransa ilə birlikdə, həzrət Məhəmmədin(s.ə.s) peyğəmbərliyə təyin edilməsinin ildönümü günü, "Besət" bayramı günündə Suriyaya hücum etməklə İslam ümməti ilə düşmənçiliyinin kulminasıyasını göstərmiş oldu.

Bəyanatda həmçinin deyilir: Amerikalılar ötən 7 ildə Suriyada apardıqları vəkalət savaşında on minlərlə xüsusi təlim keçmiş terrorçulardan istifadə edərək, Suriyada siyasi quruluşu dəyişməyə çalışdılar. Bu işdə qərbli və regional müttəfiqlərinin də hərtərəfli formada yardım etməsinə baxmayaraq, Amerika Suriyada məğlubiyyətə uğradı və bu ölkə hökumətini, onun siyasi quruluşunu dəyişmək arzusu nakam qaldı.

İran İslam Şurası Məclisnin üzvləri əlavə ediblər: Amerikalılar bu gün də Suriya böhranının siyasi yolla həll edilməsi və bu ölkə xalqının terrorçular üzərində yekun qələbəsi ərəfəsində bir daha müharibə odunu alovlandırmaq məqsədi ilə Britaniya və Fransanın dəstəyi ilə Suriyaya hücum etdilər.

İran İslam Şurası Məclisinin üzvlərinin bəyanatında həmçinin deyilir: Məsələnin ən çirkin tərəfi isə bəzi qərb dövlətləri və İslam ölkələrinin ABŞ-ın bu cinayətini alqışlaması və ona haqq qazandırmağa çalışmasıdır. Bu çirkin hərəkət müsəlmanlar arasında böyük nifrət doğurub.

Teqlər

Apr 15, 2018 17:59 Asia/Baku
Şərhlər