• Salehi: Suriyaya raket hücumu Amerikanın siyasi iflasını göstərdi
    Salehi: Suriyaya raket hücumu Amerikanın siyasi iflasını göstərdi

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Suriyaya raket hücumu Amerikanın siyasi iflasını göstərdi.

Əli Əkbər Salehi bu gün ABŞ-ın Suriyaya qarşı raket hücumu barədə belə əlavə edib: Bu hücum göstərdi ki, Amerika və onu müşayiət etmiş bəzi avropalı ölkələr gördükləri iş üçün qaneedici bir dəlil olmadan cinayət törədiblər.

ABŞ Suriyanın Duma şəhərində kimyəvi hücum bəhanəsilə şənbə günü səhər tezdən Fransa və İngiltərə ilə birgə Suriyanın müxtəlif məntəqələrinə qarşı yüzdən çox raket atdı.

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Bu hücum 2003-cü il İraq hadisələrini xatırladır ki, Amerikanın ozamankı dövlət katibi Kolin Pauel BMT-də sənədlər təqdim edərək, iddia etdi ki, İraq Nigerdən uran satın alıb və ondan qeyri-dinc məqsədlər üçün istifadə etmək istəyir. İki ildən sonra məlum oldu ki, bu sənəd saxta imiş və bu, siyasi biabırçılığa çevrildi.

Salehi Amerika ilə Qərb ölkələrinin öz bəyanlarında ziddiyyətə düçar olduqlarını bildirərək, belə qeyd edib: Zalım ölkələrin real mahiyyəti və həqiqəti insanlara aydın olub və Amerika və Qərb rəsmilərinin siyasətinin həqiqəti ağılsız, zalımcasına və vəhşicəsinədir.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin deyib: Bəziləri İranı ərəblərin düşməni kimi qələmə vermək istəyirdilər, amma məlum oldu ki, kimlər ərəblərin düşmənləridirlər.

O, sonra deyib: Bəzi ərəb ölkələri ərəblərin düşməni olan, ərəblər və müsəlmanların müqəddəs torpaqlarını işğal etmiş sionist rejim ilə düşmənçiliyi kənara qoyaraq, ona tərəf dostluq əli uzadır, amma məzluma dəstək verən İranı pisləyirlər; onlar bu yolda uğursuz qalacaqlar.

Apr 16, 2018 19:16 Asia/Baku
Şərhlər