• Zərif: Terrorizm və ekstremizm EKO məntəqəsi üçün bir təhdiddir
    Zərif: Terrorizm və ekstremizm EKO məntəqəsi üçün bir təhdiddir

İranın xarici işlər naziri deyib ki, xarici müdaxilə, terrorizm və ekstremizm son iki həftə ərzində bir çox məntəqələri məhv edib. O, həmçinin bunların EKO üzvləri üçün bir təhdid olduğunu bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində EKO iqtisadi təşkilatına üzv on ölkənin xarici işlər nazirləri və müavinlərinin qarşısında bildirib ki, üzv ölkələrin taleyi bir regionun üzvləri kimi bir-birinə qarışıbdır. O, əlavə edib: Bu regionun bir hissəsində məğlubiyyət və uğur hamını öz təsiri altına alacaqdır.

Zərif 1990-cu ildən bu yana regionun şəraitinin daha da mürəkkəbləşməsinə toxunaraq, vurğulayıb: İŞİD-in məğlubiyyətinə rəğmən, ekstremist qrupların geniş şəbəkələri xüsusən Asiyanın qərbi, cənubu və mərkəzində fəaliyyət göstərirlər.

İranın xarici işlər naziri söyləyib: Narkotik maddələr qaçaqmalçılığı ilə birgə mübarizə terrorçu və ifratçı qrupların ən mühüm maliyyə mənbələrindən birini məhv edə bilər.

Zərif həmçinin deyib: EKO iqtisadi təşkilatına üzv ölkələr ətraf mühitin pozulması, iqlim dəyişiklikləri, quraqlıq, toz-torpaq turanları və hava çirklənməsi kimi digər problemlərlə üzləşirlər ki, buna diqqət yetirilməlidir.

Apr 17, 2018 12:24 Asia/Baku
Şərhlər