• Terrorçular İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qülləsini ələ keçirməkdə nakam qalıblar
    Terrorçular İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qülləsini ələ keçirməkdə nakam qalıblar

Sepah-ın quru qoşunlarının Qüds qərargahının ictimai əlaqələr şöbəsi bir məlumatda bu qərargahın döyüşçülərinin bu gün səhər tezdən terrorçuların Mircavə sərhəd məntəqəsində İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qülləsinə qarşı hücumunu nakam qoymalarından xəbər verib.

Bu məlumatda bildirilibdir ki, bir terror qrupu Pakistan ərazisindən "89-cu sərhəd nöqtəsi"ndə yerləşən İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qülləsinə hücum edərək, bu qülləni ələ keçirmək istəyib. O, qeyd edib ki, qüllədə yerləşən sərhədçilərin güclü müqaviməti və ehtiyat qüvvələrin onlara kömək üçün məntəqəyə daxil olmaları terrorçuların öz nəhs hədəflərinə çata bilməmələrinə səbəb olubdur.

Bu məlumata görə, həmin döyüşdə terrorçulardan üçü öldürülüb və bir neçəsi də yaralanaraq, aradan çıxıbdır.

Bu döyüşdə Sepah-ın fədakar döyüşçülərindən ikisi şəhid olub, digər iki nəfəri isə yaralanıbdır. İranın hüquq-mühafizə qüvvələrinin şücaətli sərhədçilərindən də şəhid olan vardır.

Bundan öncə iranlı şəhidlərin sayı dörd nəfər elan olunmuşdu.

Apr 17, 2018 13:21 Asia/Baku
Şərhlər