Apr 23, 2018 14:30 Asia/Baku
  • Zərif: Tramp hökuməti heç vaxt nüvə anlaşmasına sadiq qalmayıb
    Zərif: Tramp hökuməti heç vaxt nüvə anlaşmasına sadiq qalmayıb

İran xarici işlər naziri deyib: Tramp 12 mayda Əhatəli Müştərək Təşəbbüs Proqramı adlanan İranla nüvə anlaşmasından çıxarsa, Tehran öz nüvə fəaliyyətlərinə tam ciddi və sürətli şəkildə yenidən başlayacaqdır.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda Al-Monitorla müsahibədə deyib: ABŞ prezidenti Donald Tramp 12 mayda Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxarsa, Tehran tam ciddi və sürətli şəkildə yenidən öz nüvə fəaliyyətlərinə başlayacaqdır.

Zərif deyib: Ötən 15 ay ərzində Tramp hökuməti nüvə anlaşmasının icrasına əngəl yaradıb və İrana öz iqtisadi təzyiqlərini tətbiq edib. Buna görə də Tehranın verəcəyi hər hansı qərar tamamilə Əhatəli Müştərək Təşəbbüs Proqramına uyğun olacaqdır.

Zərif deyib: Birləşmiş Ştatların nüvə anlaşmasında qalması təklikdə yetərli deyil, Vaşinqton bu anlaşmaya sadiq qalmalı və onu icra etməlidir.

İran xarici işlər naziri Almaniya kansleri Angella Merkel və Fransa prezidenti Emmanuel Makronun ABŞ-ı nüvə anlaşmasında saxlamaq məqsədilə İranın regional siyasətləri və raket proqramına görə Tehran əleyhinə yeni sanksiyaların tətbiq olunması üzrə səylərini yanlış adlandırıb.

Teqlər

Şərhlər