Apr 24, 2018 14:25 Asia/Baku
  • Ruhani: İran xalqı ABŞ-ın hərhansı məkirli planı ilə qarşılaşacaq
    Ruhani: İran xalqı ABŞ-ın hərhansı məkirli planı ilə qarşılaşacaq

İran İslam Respublikası prezidenti deyib: Ağ ev bilsin ki, öz öhdəliklərinə sadiq qalıb-qalmamasından asılı olmayaraq İranın böyük xalqı onların hərhansı məkirli planı ilə tam qüdrətlə qarşılaşacaq.

İİR prezidenti Həsən Ruhani bu gün İranın şimal qərbində Şərqi Azərbaycan əhalisinin geniş toplantısında etdiyi çıxışında deyib: Amerika, sionistlər və ərəb irticasının regiondakı məkirli planları İran İslam Respublikasının tərəqqisində təsirli olmayacaq. 

İran İslam Respublikasının prezidenti deyib: Ağ evdə oturanlar bilsinlər ki, öz öhdəliklərinə, sivilizasiyalarına və insanlığa sadiq qalıb-qalmamalarına baxmayaraq İranın böyük xalqı və dövləti onların hərhansı məkirli planı qarşısında qətiyyətlə dayanacaq. 

Ruhani deyib: Kimsə İranın böyük xalqını məyus edə və bu xalqın ümidini qıra bilməz. 

İran İslam Respublikası hökumətinin  başçısı deyib: İran dövləti və xalqı düşmənlərin məkirli planlaır ilə qarşılaşmağın bütün ehtimali mərhələləri üçün proqramlaşdırmalar aparıb və problemlər İran xalqının qabiliyyətli əli ilə həll olunacaq. 

Prezident Ruhani deyib: İran məhsullarına dəstək ilində bütün dövlət rəsmiləri İran İslam Respublikası quruluşunun başıucalığı uğrunda səy göstərəcəklər. 

Ruhani deyib: Hökumətin tutduğu yol, inkişaf yoludur və bu sahədə ortaya çıxan hərhansı problemi həll etməkdə öhdəliklidir. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani ostanlara səfərinin ikinci dövründə "Təbriz-2018" beynəlxalq hadisənin açılış mərasimində iştirak etmək üçün bu güfn Şərqi Azərbaycanın mərkəzi Təbriz şəhərinə daxil olub. 

Teqlər

Şərhlər