Apr 25, 2018 00:30 Asia/Baku
  • Ruhani: Amerika üçün ƏMTP-ni pozmağın xərci çox ağırdır

İran İslam Respublikası prezidenti deyib: Amerika ƏMTP-dən çıxarsa dünyada ən ağır xərci ödəməli olacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Təbrizdə Şərqi Azərbaycan ostanının inkişafı üzrə keçirilən iclasda iradələrə qarşı müharibə getdiyini və gələcəyə ümidsizliyin xalq üçün ən böyük təhlükə olduğunu bildirərək deyib: Uğurlu xarici siyasət düşmənin xarclərini artırmaqdır və Amerika Əhatəli Müştərək Təşəbbüs Proqramını pozarsa ona ən böyük İrana isə ən kiçik xərci olacaq. 

İranın icra aparatının başçısı deyib: Amerikada Donald Trampın hakimiyyətə gəlməsi ilə bu ölkə daima ƏMTP-dan çıxacağını bildirir amma İranla nüvə sazişindən çıxmağın ağır xərclərində görə indiyədək bu qərarı həyata keçirə bilməmişdir. 

İran İslam Respublikası prezidenti deyib: Bu gün 2 ölkə istisna olmaqla bütün ölkələr ƏMTP-nin qorunub-saxlanılmasına təkid edirlər və Amerikanın bu sənəddən çıxmasının səhv olduğunu deyirlər. 

Teqlər

Şərhlər