Apr 25, 2018 13:55 Asia/Baku
  • Ruhani: ABŞ və qərb ərəb dünyasının ehtiyatlarını qarət etmək ardıncadır
    Ruhani: ABŞ və qərb ərəb dünyasının ehtiyatlarını qarət etmək ardıncadır

İran İslam Respublikası prezidenti deyib: Amerikalılar və qərblilər ərəb dünyasının ehtiyatlarını qarət etmək ardıncadırlar.

İran prezidenti Həsən Ruhani çərşənbə günü İranın şimal-qərbində Təbriz 2018 İslam Ölkələrinin Turizm Paytaxtının təqdimatı ilə bağlı rəsmi açılış mərasimində sionistlərin məzlum fələstinlilərə zülmü və onları qırğın etmələrinin yanlış baxış və təsəvvürdən qaynaqlandığını bildirib və əlavə edib: Regionun bəzi ölkələri Ağ Evin Qərbi Asiya üçün qərar verdiyini düşünürlər və həmişə bir qəsbkar və zalım rejimin bu regionun bəzi xalqlarına nəzarət edə biləcəyinə inanırlar.

İran prezidenti əcnəbilərin Yaxın Şərq üçün heç bir təhlükəsizliyi töhfə gətirmədiyini bəyan edib və deyib: Əfqanıstanın viran edilməsi, İraqa hava və qurudan hücumun olunması, terrorizmin regiona nəzarət etməsi, Ərəbistanın ixtiyarına verilən təyyarə və bombalar əcnəbilərin regiondakı iştirakının mənfi nəticələrindəndir.

"İran dünyaya kütləvi qırğın silahları ardınca olmadığını sübut edib" deyən prezident Ruhani əlavə edib: İranın dünya ilə geniş və konstruktiv anlaşması təkcə nüvə anlaşmasına görə deyil, İslam Respublikası dünya ilə anlaşmada birgə mənafe ardınca olmuş və həmişə bildirib ki, düzgün yol uduş-uduş anlaşmasıdır.

İran prezidenti turizmin inkişafını dünya ilə konstruktiv anlaşmanın yollarından biri adlandırıb və deyib: Turizm xalqların dünya və keçmiş tarixi düzgün anlamasına səbəb olur.

Təbriz 2018-ci ildə İslam Ölkələrinin Turizm Paytaxtı seçilib. Tarixi Təbriz şəhəri təbiət mənzərələrinə, tarixi abidələrə, əl işləri sənayesi və özünəməxsus musiqiyə malikdir.

Teqlər

Şərhlər