Apr 27, 2018 17:13 Asia/Baku
  • İƏT baş katibi: Təbriz qonşu ölkələrin turizm qütbü ola bilər
    İƏT baş katibi: Təbriz qonşu ölkələrin turizm qütbü ola bilər

İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-in baş katibi cümə günü Təbriz şəhərinin 2018-ci il İslam Dünyasının Turizm Paytaxtı seçilməsindən razılıq edərək deyib: Bu gözəl və tarixi şəhər Türkiyə daxil qonşu ölkələrin turizm qütbü ola bilər.

İRNA-nın məlumatına görə, Xəlil İbrahim Akça dini, tarixi və mədəni ortaqlıqları müxtəlif ölkələr arasında turizm sənayesinin inkişafında önəmli amillər adlandırıb və deyib: İranın Qafqaz, Türkiyə, Azərbaycan Respublikası ilə güclü dini və tarixi bağlılıqlarını nəzərə alaraq Təbriz və bu bölgələr arasında turizmin inkişafı bu böyük şəhərin tanıtdırılması və müxtəlif təbliğat vasitələri ilə daha sürətli şəkildə həyata keçirilə bilər. 

İƏT baş katibi ortaq dilləri olan bölgələrə turist axınını önəmli, eyni zamanda asan adlandırıb və əlavə edib: Təbriz şəhərinin məsul şəxsləri bu istiqamətdə müxtəlif təşviq siyasətlərini yürüdə bilərlər. 

Akça Təbriz 2018 münasibəti ilə bu şəhərin istiqanlı və əxlaqlı əhalisini təbrik edib və bu hadisənin bölgədə və İranda turizm sənayesinin inkişafı üçün fürsətə çevriləcəyinə ümid bəsləyib. 

Xəlil İbrahim Akça Təbrizi gözəl və təmiz şəhər kimi xatırlayıb: Təbriz əhalisinin ticarət və iqtisadiyyata böyük marağı vardır. 

Akça əlavə edib: Təbriz sinfi birlikləri və iş adamlarının gözəl əxlaqı vardır, xarici ölkəklərin müştəriləri və turistləri ilə mətinliklə və bir qardaş kimi davranırlar. 

İran, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-in 10 üzvüdür. 

"İslam Dünyasının Turizm Paytaxtı Təbriz 2018" beynəlxalq tədbirlərin start götürülməsi ilə bağlı mərasim çərşənbə günü İran İslam Respublikasının prezidenti Həsən Ruhani, nazirlər, milli və vilayət rəsmiləri, dünyanın müxtəlif ölkələrindən 60 siyasi və turizm rəsmisinin iştirakı ilə Təbriz şəhərində keçirilib. 

Teqlər

Şərhlər