May 09, 2018 09:21 Asia/Baku
  • Zərif: İranın ƏMTP-də qalması araşdırılacaq
    Zərif: İranın ƏMTP-də qalması araşdırılacaq

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter mesajında bildirib: Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasına cavab olaraq İranın bu beynəlxalq razılaşmada davam etməsi mövzusu araşdırılacaq.

İRİB-in verdiyi məlumata görə, İranın XİN başçısı Amerikanın ƏMTP-dən çıxmasını elan etməsindən sonra öz Tvitter səhifəsində yazıb: Amerikanın qeyri-qanuni və öz öhdəliklərinə zidd olan hərəkətinə cavab olaraq İran İslam Respublikası prezidentinin göstərişinə uyğun şəkildə ƏMTP-də qalmağın İranın mənafeyinə zəmanət verib-veməyəcəyi mövzusunun araşdırılması üçün digər ortaqlarla diplomatik səylərə başlanacaq. 

Amerika prezidenti Donald Tramp dünən ƏMTP-nin nəticəsiz olduğunu iddia edərək ölkəsinin bu beynəlxalq razılaşmadan çıxmasına dair fərmanı imzaladı. 

Tramp öz çıxışında İran İslam Respublikasına qarşı region ölkələrinin daxili işlərinə qarışmaq kimi əsassız ittihamlar səsləndirərək iddia etdi ki, Tehran ƏMTP vasitəsi ilə nüvə silahları əldə etmək astanasında yerləşir.

Amerikanın ƏMTP-ni birtərəfli qaydada tərk etməsinə baxmayaraq müxtəlif ölkələr bu beynəlxalq razılaşmanı dəstəklədiklərini bildiriblər.  

Teqlər

Şərhlər