May 11, 2018 08:19 Asia/Baku
  • Ruhani Merkel ilə telefon danışığında: İranın nüvə anlaşmasındakı mənafeyi təmin edilməlidir
    Ruhani Merkel ilə telefon danışığında: İranın nüvə anlaşmasındakı mənafeyi təmin edilməlidir

İran İslam Respublikası prezidenti cümə axşamı gecə Almaniya kansleri ilə telefon danışığında İranın nüvə anlaşmasındakı mənafeyinin dəqiq və aydın formada təmin edilməli olduğunu vurğulayaraq, Avropa ölkələri xüsusilə Almaniya, Fransa və Britaniyadan məhdud zaman ərzində ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra İranın nüvə anlaşmasındakı mənafeyinin hansı formada təmin ediləcəyi barədə öz mövqelərinə tam aydınlıq gətirmələrini istəyib.

Həsən Ruhani Angela Merkel ilə telefon danışığında deyib: Neft, qaz və neftkimya məhsullarının satışı və bank əməkdaşlıqları kimi nüvə anlaşması ilə əlaqədar olan mühüm məsələlərdə İranın mənafeyi tam aydın və şəffaf formada müəyyən edilməli və icrasına zəmanət verilməlidir. 

İran prezidenti həmçinin deyib: Bu mövzular bir neçə həftədən uzun sürməyən məhdud bir zaman ərzində xarici işlər nazirləri və işçi qrupları iclaslarının keçirilməsi ilə araşdırılmalı və yekunlaşdırılmalıdır. 

Ruhani ABŞ-ın nüvə anlaşmasından çıxmasını beynəlxalq qanunlara zidd, diplomatiq qaydalara sığmayan və çiy bir addım adlandırıb və deyib: BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qətnamə vasitəsi ilə təsdiq edilmiş beynəlxalq bir anlaşmanın bu şəkildə pozulması beynəlxalq münasibətlərdə ciddi mənfi təsirlərə malik olacaq. 

Almaniya kansleri Angela Merkel də bu telefon danışığında ABŞ-ın nüvə anlaşmasından çıxmasını təəssüfləndirici hall adlandırıb və deyib: Avropa Birliyi bu beynəlxalq anlaşmaya sadiqdir. 

Merkel daha sonra nüvə anlaşmasının qorunmasını Avropa üçün önəmli adlandırıb. 

Almaniya kansleri daha sonra regional məsələlərlə bağlı Tehran və Berlin arasında dialoqun gücləndirilməsini istəyib. 

Teqlər

Şərhlər