• Zərif: Biz doğru yoldayıq
    Zərif: Biz doğru yoldayıq

İran İslam Respublikasının xarici işlər naziri üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb, danışıqlar apardıqdan sonra deyib: Biz doğru yoldayıq.

Məhəmməd Cavad Zərif deyib: Yaxşı bir başlanğıcdır. Amma, hələ ki, bir nəticə əldə etməmişik. Bu, bizim qarşıdan duran bir neçə həftə ərzində nə edə biləcəyimizdən asılıdır.

İranın xarici işlər naziri həmçinin deyib: Hazırda yeni bir prosesin başlanğıcındayıq və biz istədiyimiz zəmanətləri almalıyıq. Bu yolda necə bir  uğur əldə edəcəyimizi isə zamangöstərəcək.

Zərif daha sonra deyib: Bu iclasda nüvə anlaşmasının xüsusilə İran üçün faydalı olan bəndlərinin icrası ilə bağlı zəmanətlərin verilməsi müzakirə olundu. Xanım Moqerini təqdim edəcəyi bəyanatda qarşıdan gələn həftələr ərzində görüləcək işlər və barəsində siyasi razılığın əldə olunduğu məsələləri açıqlayacaq.

İran İslam Respublikasının xarici işlər naziri yaxşı bir hərəkətin başlandığını deyərək, əlavə edib: Ümidvaram bu hərəkət uğurla nəticələnsin. Bizim o qədər də çox zamanımız yoxdur. Qarşıdan gələn bir neçə həftə ərzində bu gün barəsində razılığa gəldiyimiz məsələlərin reallıqda necə işlədyini görəcəyik. Bütün Avropalı tərəflər razılaşdırılmış məsələləri icra edəcəklərinə təkid etdilər və üzərlərinə öhdəlik götürdülər.

Məhəmməd Cavad Zərif həmçinin deyib: İranın qaldırdığı tələb əsasında gələn həftə Birgə Komissiya yaradılacaq. Bu komissiya Xarici İşlər Nazirliyinin baş müdirləri səviyyəsində olacaq. Həmçinin, 4+1 ölkələrinin xarici işlər nazirlərinin Moqerininin iştirakı ilə iclas keçirməsi də gözlənilir.

Zərif sonda deyib: Qarşıdan gələn günlər ərzində ekspertlər və işçi qrupu səviyyəsində də iclas keçiriləcək.

May 16, 2018 08:30 Asia/Baku
Şərhlər