• İran və Avropa nüvə anlaşmasının icrasına dair birgə bəyanat yayıblar
    İran və Avropa nüvə anlaşmasının icrasına dair birgə bəyanat yayıblar

İran İslam Respublikasının xarici işlər naziri, Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirəri və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi bir bəyanat yayaraq, nüvə anlaşmasının tam formada və təsirli şəkildə icrasına təkid ediblər.

ABŞ-ın nüvə anlaşmasından çıxdığını elan etməsinin ardınca Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi və 3 Avropa ölkəsinin (Britaniya, Almaniya və Fransa) xarici işlər nazirləri Brüsseldə İran İslam Respublikasının xarici işlər naziri ilə görüşüblər.

Brüssel iclasında iştirak edənlər nüvə anlaşmasının icrası qarşısındakı öhdəliklərinə təkid edərək, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2231 saylı qətnamə ilə təsdiq edilərək, nüvə silahlarının yayılmasına qadağa üzrə təsirli bir beynəlxalq nümunə olaraq, bu nüvə anlaşmasının böyük br diplomatik uğur olduğunu deyiblər.

İran, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi həmçinin, nüvə an laşmasının icra prosesinin davam etdirilməsi məqsədi ilə öz öhdəliklərinə təkid edib və bu xüsusda əməkdaşlıqların artırılması üçün danışıqların intensivləşdirilməsini vurğulayıblar.

İranın Xarici İlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İran, 3 Avropa ölkəsi və Moqerini tərəfindən birgə şəkildə yayılan bəyanatda İran ilə iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsinə, neft, qaz və neft-kimya məhsulları habelə, əlaqədar maddələrin satışının təşkil edilməsi, maliyyə və bank əməkdaşlıqlarının asanlaşdırılması və daha artıq investisiyanın qoyulması və lazımi hüquqi bazanın yaradılmasına təkid edilib.

May 16, 2018 13:49 Asia/Baku
Şərhlər