• İran və Türkiyə əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər
    İran və Türkiyə əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər

İran İslam Respublikası Prezident Admnistrasiyasının rəhbəri və Türkiyənin iqtisadiyyat naziri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə təkid ediblər.

İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi çərşənbə günü axşam Ankarada Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi ilə görüşdə İran və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsinə təkid edərək, iki ölkə başçıları arasında əldə olunmuş anlaşmaların icra prosesinin sürətləndirilməsini istəyib. 

Vaizi İran və Türkiyə rəsmilərinin iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üzrə səylərinə işarə edərək, bunu hər iki ölkə xalqı və region üçün faydalı adlandırıb. 

İran Prezident Administrasiyasının rəhbəri həmçinin, iqtisadi əlaqələrin genişlənməsində bank əməkdaşlıqlarının roluna təkid edib və deyib: Birgə iqtisadi əməkdaşlıq komissiyasının aktivləşməsi ilə iqtisadi əlaqələrin genişlənməsinin şahidi olmaq olar. 

Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi də bu görüşdə ölkəsinin İran ilə iqtisadi və ticarət əlaqələrinin genişlənməsində hansısa maneə görmədiyini deyərək, əlavə edib: Türkiyə mövcud maneələrin yığışdırılması və əlaqələrin asanlaşdırılması yolu ilə İran ilə iqtisadi əlaqələrin səviyyəsini artırmağa çalışır. 

Mahmud Vaizi çərşənbə günü Ankaraya səfər edib. Bu səfərdə məqsəd son Fələstin olayları, Suriya və İraqda cərəyan edən proseslər  və ikitərəfli əlaqələr haqda Türkiyə rəsmiləri ilə danışıqların aparılmasıdır. 

May 17, 2018 09:40 Asia/Baku
Şərhlər