• Fransanın
    Fransanın "Total" şirkəti İrandan gedir

Fransanın "Total" şirkəti İran ilə qaz müqaviləsindən çıxır.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın nüvə anlaşmasından çıxmasının ardınca Fransanın Total şirkəti çərşənbə günü ABŞ rəsmilərinin icazə verməyəcəkləri təqdirdə 2017-ci ildə İranla birgə başlatdığı iri layihədən çəkilməyə məcbur olacağını bildirib. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018-ci il tarixində ölkəsinin nüvə anlaşmasından çıxmasına dair fərman imzalayaraq, İrana qarşı nüvə sanksiyalarının 3-6 ay ərzində bərpa olunacağını bildirib. 

Total şirkəti bir bəyanat yayaraq bildirib: Total şirkəti "SP11" layihəsindəki fəaliyyətini davam etdirə bilməyəcək və bütün fəaliyyətlərini 4 noyabr 2018-ci il tarixindən öncə bu layihə ilə bağlı bütün fəaliyyətlərini dayandırmalıdır. Sadəcə Avropa və Fransa rəsmilərinin dəstəyi ilə Amerikadan bu layihə ilə bağlı icazə alınarsa, bu layihədə qalmaq mümkün olacaq.

 

May 17, 2018 10:21 Asia/Baku
Şərhlər