• İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammiti - sabah İstanbulda

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə sammiti sabah cümə günü İstanbulda keçiriləcək. İran İslam Respublikası prezidenti də bu sammitdə iştirak edəcək.

İRİB-nin verdiyi məlumata görə, bu fövqəladə sammitin keçirilməsi ilə bağlı qərar onlarla fələstinlinin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi mərasimi ilə bir vaxtda Qəzzədə qırğın edilməsinin ardınca qəbul olunub. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının dövrü sədri olaraq İslam üzv ölkələri bu iclasda iştiraka dəvət edərək, deyib: Cümə günü bu təşkilat İstanbuldan dünyaya möhkəm bir cavab verəcək. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif İƏT-in fövqəladə iclasında iştirak edəcəklər. 

İƏT-in ekspertlər iclası bu gün İstanbulda işə başlayıb. 

Sabah cümə günü ilk olaraq üzv ölkələrin xarici işlər nazirləri iclası keçiriləcək. Daha sonra isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti baş tutacaq.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bu barədə deyib: İƏT-in sabahkı fövqəladə iclası Fələstin və Qüdsü himayə məqsədilə keçirilir.

May 17, 2018 20:14 Asia/Baku
Şərhlər