• İnqilab Rəhbəri: Fələstinin azadlığı ilahi ənənədir
    İnqilab Rəhbəri: Fələstinin azadlığı ilahi ənənədir

Mübarək Ramazan ayının Quran baharının ilk günündə İmam Xomeyni(r.ə.) adına hüseyniyyə başdan-başa ilahi kəlamların nuru ilə işıqlanmışdı və Quran qiraətçiləri və mədhiyyəçiləri İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda Qurani-Kərimlə ünsiyyət məclisi təşkil etmişdilər.

İslam İnqilabının Böyük Rəhbəri bu mərasimdə İslam ümmətinin bugünkü zəruri ehtiyaclarından birini "Quranla ünsiyyət və onun göstərişlərinə əməletmə" vacibliyi adlandırıblar. O həzrət İslam dünyasının hazırkı problemlərinin, o sıradan sionist rejimin xüsusən son günlərdəki cinayətləri və Fələstinin təəsüf doğuran şəraitinin İslam ümmətinin Qurandan uzaq olmasının nəticəsi olduğunu bildirərək, deyiblər: Beytulmuqəddəs Fələstinin paytaxtıdır və Allah-Taalanın köməkliyi ilə Fələstin düşmənlərin əlindən xilas olacaq və Amerika və onun ardınca düşənlər ilahi həqiqət və ənənə qarşısında heç bir qələt eləyə bilməzlər.

Həzrət Ayətullahuluzma Xamenei həyatın bütün istiqamətlərində Qurana daha artıq diqqətin yetirilməsi vacibliyini vurğulayıblar. O həzrət İslam dünyasının müsibətlərinə, xüsusən Fələstin xalqının şəraitinə toxunaraq, deyiblər: Bu bir neçə gündə saxta və xəbis sionist rejimin fələstinlilərdən onlarla nəfəri şəhid etmək və minlərlə nəfəri yaralamaq üzrə cinayətlərini gördük. Belə bir şəraitdə bəziləri gileylənirlər ki, nə üçün Amerika bu məsələ qarşısında mövqe tutmur, halbuki Amerika və bir çox Qərb dövlətləri bu cinayətlərə şərikdirlər.

İslam İnqilabının Böyük Rəhbəri İslam ümməti, İslam dövlətləri və İslam hökumətlərinin bu cinayətlərin qarşısında mövqe tutmalı olduqlarını vurğulayaraq, belə qeyd ediblər: Quran bizə deyir ki, din düşmənləri və kafirlər qarşısında sərt olun və öz aranızda mehribançılıqla rəftar edin, amma hazırda Qurandan uzaqlığa görə, İslam dünyasında müsəlmanlar arasında savaş və ixtilafın və kafirlər qarşısında təslimolmanın şahidiyik.

Həzrət Ayətullahuluzma Xamenei İslamla düşmənçiliklərin qurtaran olmadığını vurğulayaraq, əlavə ediblər: Əgər İslam ümməti Qurana yaxınlaşarsa, Quranın buyurduğu kimi, şübhəsiz, düşmənə qalib gələcək, zura bu, ilahi vədədir.

İslam İnqilabının Böyük Rəhbəri sonda Allah-Taalanın dərgahından Fələstinin son günlərdəki şəhidləri üçün bağışlanma, eləcə də haqq yolunun mübarizləri üçün daha artıq müqavimət diləyərək, vurğulayıblar: Amerika və onunla əlbir olanlar pozulmaz ilahi ənənə qarşısında məğlubiyyətə və təslim olmağa məcbur olacaqlar.

Teqlər

May 18, 2018 09:32 Asia/Baku
Şərhlər