May 24, 2018 13:47 Asia/Baku
  • İran Silahlı Qüvvələri İmam Xomeyninin (rə) ali amalları ilə əhd-peymanları yeniləyiblər

İran Silahlı Qüvvələrinin komandanları və silahlı qüvvələrin bir qrupu kadrı Xürrəmşəhrin azad olunmasının ildönümü münasibəti ilə İran İslam İnqilabının dahi banisi Həzrət İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanlarını təzələyiblər.

Bu gün cümə axşamı, 3 xordad (24 may) 1982-ci ildə İranın cənub-qərbində Xürrəmşəhrin azad olunmasının ildönümü günüdür. Bu gün İran İslam Respublikası təqvmiində müqavimət, fədakarlıq və qələbə günü adlandırılmışdır.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası ordusu, İslam İnqilabı Keşikçilər Korpusu, Hüquq-Mühafizə Qüvvələrinin komandanları və işçiləri cümə axşamı günü 3 xordad Xürrəmşəhrin azad olunmasının ildönümü günü münasibəti ilə Həzrət İmam Xomeyninin (rə) pak hərəmində olaraq, gül qoyaraq, fatihə oxuyaraq İran İslam İnqilabının dahi banisi, İslam İnqilabının Böyük Rəhbəri və şəhidlərin ali amalları ilə əhd-peymanlarını təzələyiblər.

Teqlər

Şərhlər