• Ruhani müsəlman ölkələrin rəhbərlərini təbrik edib

İran İslam Respublikası prezidenti ayrı-ayrılıqda müraciətlərdə Fitir bayramını müsəlman ölkələrin rəhbərlərinə təbrik edib.

İİR prezidenti Həsən Ruhani bu gün axşam çağı  müsəlman ölkə rəhbərlərinə ayrı-ayrılıqda ünvanladığı təbrik məktublarında Fitir bayramı münasibəti ilə onları təbrik edərək bildirib: Bübütün məhəbbət və mehribanlıq olan bu bayram sayəsində və Ramazan ayı boyu Allahın əmrlərinə itaət şüaları altında bütün müsəlman ümmətinin öz ilkin fitrətinin paklıq və səfasına qayıtmış olduğu və insani yüksəliş və təkamül uğrunda daha böyük addımlar götürəcəyini diləyirəm.

İİR prezindeti bildirib: Bu əziz bayramın sosial təlimlərindən faydalanmaqla müsəlmanların zorakılıq və ifratçılıq ilə mübarizədə vahid səsinin və daha  həmrəyliyinin, istilaçıların özbaşınalıqları və ilqarsızlıqları qarşısında eləcə də bütün dünyada sülh və sabitliyin bərqərar olunması istiqamətində vəhdət və bütövlüyünün şahidi ola bilərik . 

Həsən Ruhani təbrit müraciətinin sonunda Allah taaladan bütün dünya müsəlmanları üçün başıucalıq və səaət diləyib.

Sabah cümə əksər müsəlman ölkələrdə şəvval ayının biri, fitir bayramı gününə təsadüf edir. 

Teqlər

Jun 14, 2018 18:58 Asia/Baku
Şərhlər