Jun 22, 2018 16:24 Asia/Baku
  • Xərrazi: ABŞ qarşısında Avropa Birliyinin istiqlaliyyəti sınanır
    Xərrazi: ABŞ qarşısında Avropa Birliyinin istiqlaliyyəti sınanır

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: Amerika Birləşmiş Ştatlarının Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması ilə təkcə nüvə sazişinin qorunması və dəstək məsələsi gündəmdə deyil, Avropa Birliyinin istiqlaliyyəti də sınaq obyektindədir.

İSNA-nın məlumatına görə, Kamal Xərrazi cümə axşamı gecə İspaniya xarici işlər naziri Xosep Berrel Madriddə görüşdə ABŞ-ın nüvə sazişindən çıxmasından sonra Avropa Birliyinin funksiyası və İranın mənafeyinin təmin olunması üzrə addımının çox əhəmiyyətli sınaq olduğunu bildirib və deyib: Avropanın İranın mənafeyinə necə zəmanət verəcəyini gözləmək lazımdır.

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri nüvə sazişinin məğlubiyyətinin Yaxın Şərqin qonşusu olan Avropanın təhlükəsizliyi və stabilliyinə təsir göstərə biləcəyini deyərək bildirib: Avropa tərəfləri nüvə sazişi çərçivəsində İranın mənafeyini təmin etməzlərsə, İran İslam Respublikasının bu sazişdə qalması üçün başqa səbəb yoxdur.

İspaniya xarici işlər naziri Xosep Borrel də bu görüşdə nüvə sazişini çox dəyərli saziş adlandırıb və onun qorunmasını qeyd edərək bildirib: Avropanın İnvestisiya Bankı İranda fəaliyyət göstərmək istiqamətində Avropa Şirkətlərini dəstəkləmək üçün effektiv addımlar atıb və gələn həftə Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında bu haqda məsləhətləşmə aparılacaq.

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri İspaniya rəsmiləri ilə fikir mübadiləsi aparmaq məqsədilə bir heyətin müşayiəti ilə bu ölkəyə səfər edib.

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazi İspaniyaya səfərdən öncə İtaliyaya gedib, bu ölkənin xarici işlər naziri Enzo Moavero Milanesi və Vatikanın baş naziri Pitero Parolinlə görüşərək danışıqlar aparıb.

Teqlər

Şərhlər