Jul 21, 2018 19:35 Asia/Baku
  • Yapon şirkətlər İrandan neft idxalatının davam etdirilməsini istəyiblər
    Yapon şirkətlər İrandan neft idxalatının davam etdirilməsini istəyiblər

Yaponiya Neft Təchizatı Assosiasiyasının sədri İran İslam Respublikasından xam neft idxalatının davam etdirilməsini vurğulayıb.

Takaşi Tsukioka deyib: Yaponiya təbii ehtiyatlar baxımından yoxsuldur və öz iqtisadiyyatını dolandırmaq üçün İran İslam Respublikasının neftinə son dərəcə ehtiyaclıdır.

Yaponiya Neft Təchizatı Assosiasiyasının sədri ABŞ rəsmilərinin İranı bir daha sanksiyaya məruz qoymaq üzrə qərarlarını məntiqsiz adlandıraraq, Yaponiyanın dövlət başçılarından istəyib ki, amerikalıların təzyiqlərinə təslim olmasınlar.

Teqlər

Şərhlər