Jul 24, 2018 19:17 Asia/Baku
  • İslami İran İmam Rza(ə)-ın mövlud gecəsində nura və şadlığa bürünüb
    İslami İran İmam Rza(ə)-ın mövlud gecəsində nura və şadlığa bürünüb

İslami İran, xüsusən müqəddəs Qom və Məşhəd şəhərləri dünya şiələrinin səkkinci imamı Əli ibn Musa Əl-Rza(ə)-ın səadətli mövludu gecəsində nura və şadlığa bürünübdür.

Şiələrin səkkinci imamı Həzrət Əli ibn Musa Əl-Rza(ə) 148-ci hicri qəməri ili ziqədə ayının on birində nurlu Mədinə şəhərində dünyaya göz açıb.

İmam Rza(ə)-ın möhtərəm atası, İmam Musa Kazim(ə) şiələrin yeddinci imamı olub. İmam Rza(ə)-ın əziz anasının adı Nəcmə olub.

Şeiroxuma, mədhiyyəsöyləmə, dünya şiələrinin səkkinci imamının şəxsiyyəti barədə çıxışlar, həmçinin şərbət və şirniyyatın paylanması İranın müsəlman xalqının Həzrət İmam Rza(ə)-ın mövludunun ildönümü günündəki tədbirlərindəndir.

İranın TeleRadio Təşkilatı Həzrət İmam Rza(ə)-ın mövludunun ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər

Şərhlər