Aug 05, 2018 21:36 Asia/Baku
  • 5 ədəd ATR təyyarəsi İrana gətirilib
    5 ədəd ATR təyyarəsi İrana gətirilib

İran İslam Respublikasının mülki aviasiya donanmasına 5 ədəd yeni ATR təyyarəsi əlavə olunub.

İRİB-nin verdiyi məlumata görə, bu gün səhər Fransa istehsalı olan 5 ədəd ATR sərnişin təyyarəsi istehsal olunduğu Tuzla şəhərindən birbaşa olaraq Qərbi Azərbaycanın mərkəzi olan Urmiyə şəhərinə uçuş edib.

Bu 5 sərnişin təyyarəsi 2017-ci ildə 20 ədəd kiçik sərnişin təyyarəsinin alışına dair İran və Fransa arasında imzalanmış müqavilə əsasında İrana təhvil verilib.

ATR sərnişini təyyarəsi 100 sərnişin üçün nəzərdə tutulub və əsasən şəhərlərarası qısa məsafəyə uçuşların həyata keçirilməsinə hesablanıb.

Teqlər

Şərhlər