Aug 06, 2018 19:31 Asia/Baku
  • 
General Şekarçi: İranın Hörmüz boğazındakı tədbirləri region təhlükəsizliyinin bərqərarı üçündür
    General Şekarçi: İranın Hörmüz boğazındakı tədbirləri region təhlükəsizliyinin bərqərarı üçündür

İranın silahlı qüvvələrinin baş sözçüsü vurğulayıb: Hörmüz boğazının təhlükəsizliyi bu bölgənin böyük qüdrəti olan İranla əlaqəlidir və İranın Hörmüz boğazındakı tədbirləri region təhlükəsizliyinin qorunması üçündür.

General-mayor pasdar Əbolfəzl Şekarçi bu gün müxbirlərə deyib: İran İslam Respublikası Fars Körfəzi və Hörmüz boğazı bölgəsinin təhlükəsizliyinin zaminidir və İrandan başqa heç bir kəs bu bölgənin təhlükəsizliyi barədə danışa bilməz.

General-mayor Şekarçi deyib ki, düşmən İranın qüdrətini yaxşı tanıyıb və ondan qorxur.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də bu il iyulun 21-də Amerika prezidenti Donald Trampın anti-İran hədələrinə reaksiyada demişdi ki, İran tarix boyu regionun su yollarının təhlükəsizliyinin zamini olub, buna görə, Amerika şirin quyruğu ilə oynamasın, zira İranın cavabı peşmanedici olacaqdır.

Teqlər

Şərhlər