• General Şekarçi: İranın Fars körfəzindəki güclü iştirakı region ölkələri üçün ümid qaynağıdır
    General Şekarçi: İranın Fars körfəzindəki güclü iştirakı region ölkələri üçün ümid qaynağıdır

İran İslam Respublikası silahlı qüvvələrinin sözçüsü deyib: İran İslam Respublikası daim region və Fars körfəzinə olan nəzarətindən region ölkələrinin təhlükəsizliyini qorumaq üçün istifadə edib.

İRNA-nın məlumatına görə, general-mayor Əbülfəzl Şekarçi cümə axşamı Qum şəhərində deyib: İran region ölkələri üçün təhdid yox, təhlükəsizliyin və sülhün müdafiəçisidir. İran daim hegomonçu qüdrətlər qarşısında dünyanın məzlum xalqlarını müdafiə edir.

General-mayor şekarçi İranın qüdrətinin hegemonçuluq və təcavüz üçün olmadığını deyərək, əlavə edib: Düşmənlər öz media imkanlarından istifadə edərək, həqiqətləri olmadığı kimi göstərməyə çalışırlar. İranı digər ölkələrin daxili işlərinə müdaxilədə ittiham edirlər. Halbuki, dünyanın azad insanları elə onların öz müdaxilələrindən əziyyət çəkirlər.

İranın silahlı qüvvələrinin sözçüzü həmçinin, ABŞ prezidentinin İran ilə ilkin şərt olmadan danışıqlara hazır olmasına dair təklfinə də münasibət bildirib: Donald Trampın məqsədi xalq və hakimiyyət arasında ixtilaf törətməkdir. Amma, medialar ABŞ-ın qara keçmişini və sədaqətsizliyini bəyan etməklə düşmənin bu fitnəsini zərərsizləşdirə bilərlər.

Teqlər

Aug 09, 2018 17:07 Asia/Baku
Şərhlər