• İran Ərəbistanın Yəməndə məktəbli uşaqları daşıyan avtobusu vurmasını qınayıb
    İran Ərəbistanın Yəməndə məktəbli uşaqları daşıyan avtobusu vurmasını qınayıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistan və Əmirliklərin Yəmənin Sədə vilayətində məktəbli uşaqları daşıyan bir avtobusu hədəfə alaraq, yüzə yaxın insanı öldürüb və y aralanamasını kəskin formada qınayıb.

Bəhram Qasemi hadisə qurbanlarının yaxınları və Yəmən xalqının kədərini bölüşərək, dünya ictimaiyəti, beynəlxalq dairələr və insan haqları müdafiəçilərindən mümkün olan hər bir vasitədən istifadə edərək, Yəmən xalqına qarşı cinayətlərin önlənilməsini istəyib.

Qasemi deyib: Yəməndə yaşayış məntəqələri və sivil əhaliyə qarşı hücumların artması səudiyyə-amerikan koaliisyasının ardıcıl məğlubiyyətlərinin nəticəsidir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü insan haqlarını müdafiə iddiasında olan bəzi ölkələrin Ərəbistanı və Əmirlikləri himayə etməsini təəssüfləndirici hal adlandırıb və deyib: Onlar bu cinayətlərin şərikidirlər və buna görə cavab verməlidirlər.

Aug 09, 2018 17:29 Asia/Baku
Şərhlər