• Tehranın cümə namazının xətibi: İran problemləri uğurla arxada qoyacaq
    Tehranın cümə namazının xətibi: İran problemləri uğurla arxada qoyacaq

Tehranın müvəqqəti imam cüməsi deyib: İran İslam Respublikası düşmənin psixoloji və iqtisadi müharibəsi ilə üz-üzədir və ölkə bu problemləri tam güclə və uğurla arxada qoyacaq.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani bu günkü cümə namazı xütmələrində ABŞ prezidenti Donald Trampın müzakirə çağırışı barədə deyib: Düşmənlərin məqsədi İrana təzyiq göstərərək, müzakirə yolu ilə öz məqsədlərinə nail olmaqdan ibarətdir amma İran İslam Respublikası bu təzyiqlər qarşısında geri oturmayacaq. 

Tehranın müvəqqəti imam cüməsi Amerikanın güclə, sionistlərin məkirli planla və Ali-Səudun pulla islam dünyasında böhran yaratmaq istədiklərini bildirərək deyib: Tam ayıq-sayıq olaraq vəhdət və həmrəyliyi qoruyub-saxlamaq lazımdır və bütün rəsmilər, xalq və özəl sektor üzərlərinə düşəni düzgün şəkildə və tam dəqiqliyi ilə yerinə yetirməlidirlər.  

Teqlər

Aug 10, 2018 14:26 Asia/Baku
Şərhlər