• İran, Türkiyə və Azərbaycan sərhədçilərinin iclası keçirilməlidir
    İran, Türkiyə və Azərbaycan sərhədçilərinin iclası keçirilməlidir

İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı deyib: Sərhəd əməkdaşlıqlarının artırılması üçün İran, Türkiyə və Azərbaycan Respublikası sərhədçilərinin üç tərəfli iclası keçirilməlidir.

İRNA-nın verdiyi məlumata görə, General Qasım Rzayi bu gün Makının Buralan bölgəsində bufer zonasında baş tutan Türkiyə jandarma qüvvələrinin komandanı ilə görüşündə deyib: Bu kimi görüşlər və iclaslar iki dost və qardaş ölkə arasında sərhəd əməkdaşlıqlarına öz töhfəsini verir və İran ilə Türkiyə arasında vəhdətin daha da möhkəmlənməsinə səbəb olur. 

General Rzayi deyib: İki ölkə sərhədçiləri regionda təhlükəsilzik və sakitliyin daha da yüksəldilməsi üçün səylərini davam etdirirlər. 

İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı həmçinin Bazərqan, Sero və Razi gömrük məntəqələrində gediş gəlişin, sıra yaranmadan təmin edilməli olduğunu vurğulayıb. 

Türkiyə Jandarma qüvvələrinin komandanı ordu generalı Arif Çetin də bu görüşdə deyib: İran və Türkiyə uzaq keçmişlərdən bəri qardaş və dost ölkələr olublar və sərhədlər bu iki xalqı və dövləti biri-birindən uzaqlaşdıra bilməz. 

Çetin deyib: İran və Türkiyə xalqları və dövlətlərinin dostluğu ücbatından sərhədlərdə tam təhlükəsizlik bərqərar edilib və Türkiyənin jandarma qüvvələri iranlı sərhədçilərlə informasiya mübadiləsi və əlavə əməkdaşlıqlara tam hazırdır. 

İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı Makıya səfərində həmçinin Bazərqan gömrük terrminalı və sərhəd nəzarət məntəqələrinə də baxış keçirib, Bazərqan sərhəd keçid məntəqəsində qaçaqmalçılığın və qeyri-qanuni gediş-gəlişin qarşısının alınması istiqamətində görülən işlərlə yaxından tanış olub. 

Aug 10, 2018 15:46 Asia/Baku
Şərhlər