• İran Xəzər dənizinin hüquqi konvensiyasına şərh yayıb
    İran Xəzər dənizinin hüquqi konvensiyasına şərh yayıb

İranın xarici işlər naziri Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinə ünvanladığı rəsmi məktubda İran İslam Respublikasının Xəzər dənizinin hüquqi konvensiyası barədə şərhli bəyannaməsini təqdim edib.

Xəzər dənizinin hüquqi konvensiyasının imzalanması ilə eyni zamanda İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif İranın bu konvensiya barədə şərhli bəyannaməsi adı altında bir məktub yayaraq bildirib ki, İİR İran ilə Rusiya arasında imzalanmış 1921 və İran ilə SSRİ arasında imzalanmış 1940-ci illərin müqavilələrinin maddələrini diqqətə çəkib. 

Zərifin məktubunda deyilir: Xəzərin hüquqi konvensiyasında Xəzərin dibi və yeraltı hüdudları müəyyənləşdirilməyib, bu isə növbəti mərhələdə və müvafiq tərəflər arasında razılıq əsasında edilməlidir. 

İranın şərhli bəyannaməsində deyilir: Xəzər dənizinin hüquqi konvensiyasının birinci maddəsində birbaşa başlanğıc xətlərin müəyyənləşməsi ilə əlaqədar bölməsinin 3-cü bəndində İran İslam Respublikasının Xəzər dənizindəki sahillərinin durumuna işarə olunub və bu bəndin salınmasında məqsəd İranın xüsusi vəziyyətinə diqqət yetirilməsidir. 

Teqlər

Aug 12, 2018 17:06 Asia/Baku
Şərhlər