• İran və Rusiya prezidentləri görüşüblər
    İran və Rusiya prezidentləri görüşüblər

İran İslam Respublikası və Rusiya prezidentləri Qazaxıstanda keçirilən xəzəryanı ölkələrin 5-ci sammit iclasının kənarında görüşərək, qarşılıqlı, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Həsən Ruhani və Vladimir Putin bu gün Qazaxıstanın Aktau limanında baş tutan görüşdə qarşılıqlı əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsinə təkid ediblər. 

Ruhani deyib: İran və Rusiya arasında regional və beynəlxalq məsələlərdə o sıradan regionun təhlükəsizliyinin təmini və Suriyada İŞİD terrorizmi ilə mübarizədə qarşılıqlı və neçə tərəfli əməkdaşlıqlar regionda müsbət nəticələrə gətirib çıxarıb və bu əməkdaşlıqlar terrorizmin kökünün kəsilməsinədək cavam etdirilməlidir. 

Rusiya prezidenti Vladimir Putin də deyib: Moskva tərəfləri maraqlandıran bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsinə hazırdır. 

Rusiya prezidenti nüvə sazişinin önəmli beynəlxalq müqavilə olduğunu bildirərək bu sazişin qorunub-saxlanılması üçün bütün tərəflərin öz səylərini davam etdirmələrini vurğulayıb və iki ölkə arasında müxtəlif regional və beynəlxalq məsələlər barədə fikir mübadilərlərinin davam etdirilməsinə təkid edib. 

Teqlər

Aug 12, 2018 19:23 Asia/Baku
Şərhlər