Aug 17, 2018 09:29 Asia/Baku
  • İran Tiflis aeroportunda baş verənlərə etiraz edib
    İran Tiflis aeroportunda baş verənlərə etiraz edib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Tiflis-İsfahan hava reysi üçün yoxlama zamanı bir neçə iranlı sərnişinin hicabının təhqir olunması barədə deyib: İİR-nin Tiflisdəki səfirliyi Tiflis hava limanının təhlükəsizlik polisinin hərəkəti barədə Gürcüstan XİN-ə kəskin etirazını bildirib.

İİR XİN sözçüsü Bəhram Qasimi dünən deyib: İran İslam Respublikasının Tiflisdəki səfirliyinin və XİN-in konsulluq baş idarəsinin bu xüsusda fəaliyyətləri davam edir. 

Qasimi deyib: Konsulluq baş idarəsinin etirazının Gürcüstanın Tehrandakı səfirliyinə təqdim olunması və İranın Tiflisdəki səfirliyinin Gürcüstan XİN-ə etiraz məktubu ilə müraciət etməsi həmçinin Gürcüstanın Tehrandakı səfirindən hadisə barədə izahat tələb olunması bu barədə həyata keçirilmiş təşəbbüslərdən ibarətdir. 

Bəhram Qasimi deyib: Bu hadisədən sonra Gürcüstan rəhbərlərindən istənilib ki, hadisəni araşdıraraq iranlı sərnişinlər üçün oxşar hadisələrin təkrarlanmasına mane olsunlar. 

İİR XİN sözçüsü həmçinin göstərilən reaksiyalar nəticəsində Tiflis aeroportunun təhlükəsizlik polisinin müsəlman qadınlara hörmət etməkdə maksimum diqqətli olacağı və bu kimi səhvlərə yol verməyəcəyinə ümidvarlıq ifadə edib. 

Teqlər

Şərhlər