Aug 30, 2018 08:44 Asia/Baku
  • Zərif-Ərdoğan görüşündə Suriya, danışıqların əsasını təşkil edirdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü gecə Ankarada görüşərək, ikitərəfli əlaqələri və Suriya olaylarını müzakirə ediblər.

Zərif Ədalət və İnkişaf Partiyasının Ankaradakı ofisində Ərdoğanla görüşüb. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da iştirak edib.

İran xarici işlər naziri Türkiyənin xarici işlər naziri ilə də görüşüb. Zərif bu görüşdə Çavuşoğlu ilə təyin edilimiş mövzular, xüsusən Suriya olayları, həmçinin İran, Türkiyə və Rusiya dövlət başçılarının Suriya hadisələrinə həsr olunmuş üçtərəfli Təbriz sammit barədə danışıb.

Çavuşoğlu bir twitt-də Zərif ilə görüşünə işarə edərək, yazıb ki, İran xarici işlər naziri ilə ikitərəfli və regional məsələlər, o sıradan Suriya hadisələri barədə danışıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öncədən elan olunmamış bir səfərdə çərşənbə günü axşam Ankaraya daxil olub.

İran İslam Respublikası, Türkiyə və Rusiyanın üçtərəfli zirvə toplantısının ikinci turu, üç ölkənin prezidentlərinin iştirakı ilə 7 sentyabr 2018-ci ildə İranın Təbriz şəhərində  keçirilməlidir.

İran İslam Respublikası, Türkiyə və Rusiyanın Suriya böhranının siyasi həllini müzakirə etmək məqsədilə təşkil olunan zirvə toplantısının ilk turu, 2017-ci il noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçirilib.

Teqlər

Şərhlər