Sep 12, 2018 08:48 Asia/Baku
  • İranlı universitet müəllimi Yaponiyanın
    İranlı universitet müəllimi Yaponiyanın "parlaq günəş" ordeni ilə təltif edilib

İranın Şərif Sənaye Universitetinin elmi heyətinin üzvü Rza Yusifinin mədəni və elmi xidmətlərinə görə, Yaponiyanın "parlaq günəş" dövlət ordeni ilə təltif edilib.

İRNA-nın verdiyi məlumata görə, dünən İranın Yaponiyadakı səfirliyində keçirilən mərasimdə Yaponiya dövlət ordeni iranlı universitet müəllimi Rza Yusifiyə təqdim edilib.

Rza Yusifi aprel ayında bu ordenə layiq gorüldü.

Yusifi bu ordeni alan ilk iranlıdır. 

Şərif Sənaye Universitetinin elmi heyətinin bu üzvü həmçinin İranda təhsil alan yaponiyalı tələbələr birliyinin sədridir. Bu birlik Yaponiya dövlətinin büdcəsi ilə bu ölkədə təhsil alan iranlılara da şamil olur. 

Yusifi həmçinin İİR-nin Yaponiyadakı səfirliyinin mədəniyyət və elmi texnologiya ataşşesidir.

Teqlər

Şərhlər