• Qasemi: İran təhlükəsizlik məsələsində güzəştə getməyəcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası öz təhlükəsizliyi və terrorçuların təxribatçılığı məsələsində güzəştə getməyəcək.

İranın Xİ Nazirliyinin sözçüsü Bəhram Qasemi İRİB-yə verdiyi müsahibədə Fransa Xarici İşlər Nazirliyinin İran İslam Respublikasının İraqın şimalında terrorçulara qarşı raket hücumu barədə nigaranlıq etməsinə reaksiya olaraq, deyib: Heç bir ölkə milli təhlükəsizliyi, ərazi bütövlüyü və formasından asılı olmayaraq, torpağına və xalqına yönəlik istənilən hərbi hücum qarşısında güzəştə getmədiyini deyərək, İranın da bu məsələdən istisna olmadığını deyib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın daha öncə dəfələrlə terrorçu qrupların təxribatçı hərəkətləri barədə İraq hökuməti və İraq Kürdüstanı yerli hakimiyyətinə xəbərdarlıq etdiyini xatırladıb və deyib: Terrorçuların təxribatçı hərəkətləri xüsusilə İran sərhədçiləri və əsgərlərini öldürmələri İran İslam Respubliksını önləyici tədbirlərə əl atmağa məcbur etdi.

Qasemi Fransa hökumətinin İraq ərazisindən İranın təhlükəsizliyi və ərazi bütövlüyünə zərbə vurmağa çalışan terrorçu qrupların fəaliyyətləri qarşısında sükut etməsinə qınayaraq, Fransa rəsmilərinin məsələyə real yanaşmalarını istəyib.

İranın XİN sözçüsü daha sonra ərazi bütövlüyü və milli hakimiyyət haqqı məsələlərində ikili və ya selektiv yanaşmanın doğru olmadığını deyərək, əlavə edib: Terrorizm formasından və yerindən asılı olmayaraq, heç bir məsləhəti nəzərə almadan, məhkum edilməlidir.

Sep 13, 2018 20:14 Asia/Baku
Şərhlər