• General Səlami: Amerika ən təcrid olunmuş durumdadır
    General Səlami: Amerika ən təcrid olunmuş durumdadır

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı əvəzi İranın düşmənlərinin son dərəcə zəiflədiklərini bildirərək deyib: ABŞ bu gün hərzamankından daha təcrid vəziyyətindədir və Çin, Rusiya, Kanada, Türkiyə və Avropa Birliyi ilə düşmənlik etməkdədir.

General Mayor Hüseyn Səlami dünən gecə Semnan şəhərində deyib: Son 40 ildə İran xalqının müqaviməti ilə, dünyanın zalım qüvvələrinin islam inqilabına qarşı məkirli planları puça çıxarıldı və İran xalqının vəhdəti ilə Amerika təcrid olundu. 

Sepahın baş komandan əvəzi İrana qarşı müharibə seçiminin mövcud olmadığını bildirərək deyib: Heç bir ölkə Amerika ilə birləşmək istəmir və Amerika müharibə şəraitinə malik deyil. 

General Səlami Sepahın İraq Kürdüstanında terrorçu qrupun başçılarının iclas məkanının raketlə hədəfə alınmasına toxunaraq deyib: Düşmənlər İrana qarşı hərəkətə əl atmaq istəsələr İran dağıdıcı cavab verəcək. 

Sepahın komanda əvəzi deyib: Fələstin, İraq və Suriyada müqavimət məhvərinin irəliləyişləri müsəlman ölkələrin vəhdətinə səbəb olub. 

Sep 14, 2018 14:54 Asia/Baku
Şərhlər