• Tehranın cümə namazının xətibi: Sepahın raketləri düşmənlərə xəbərdarlıqdır
    Tehranın cümə namazının xətibi: Sepahın raketləri düşmənlərə xəbərdarlıqdır

Tehranın müvəqqəti imam cüməsi İslam İnqilabının Keşikçiləri Korpusunun İraq Kürdüstanında yerləşən terrorçu qruplardan birinin başçılarının iclas yerini raketlə hədəfə almasına toxunaraq deyib: Bu təşəbbüs İranın kəşfiyyat cəhətdən əhatəsini göstərir və regional və regiondan kənar düşmənlərə mesaj hesab olunur.

Höccətül-islam vəlmüslimin Kazım Sediqi Tehranın cümə namazının xütbələrində həmçinin müharibədən və sanksiyadan qorxmağın Aşura mədəniyyətinə zidd olduğunu bildirərək deyib: İran xalqı 40 ildir Aşura yolundadır və güclərin qarşısında durub, onları məğlubiyyətə uğratmışdır. 

Tehranın cümə namazının xitabətçisi İranın tibb, nano, müdafiə və sənaye sahələrindəki irəliləyişlərinə toxunaraq deyib: 8 illik qəbul etdirilmiş müharibəni müqavimətlə arxada qoymuş xalq, bir neçə günlük iqtisadi problemi özünə böhran hesab etmir və bu problemlərdən keçəcək. 

Höccətül-islam Sediqi həmçinin İraqdakı son hadisələrə və İranın Bəsrədəki konsulluğuna hücuma toxunaraq deyib: İraqda amerikan-səudiyyə fitnəsi heçvaxt İran və İraq xalqlarının birliyini sarsıda bilməyəcək. 

Sediqi Suriyanın İdlib şəhərinin durumu barədə isə deyib: Suriyada terrorçuların son səngəri İdlibdə yerləşir və Amerikanın bəhanələri Suriya və müqavimət qüvvələrinin qələbəsinə mane ola bilməyəcək. 

Tehranın cümə namazının xitabətçisi İbrahim Zəkzakiyə Nigeriya məhkəməsi tərəfindən azadlıq hökmünün verilməsinə toxunaraq bu ölkə dövlətini şiələrin rəhbərinin azadlığa buraxılmasına mane olmamağı tövsiyə edib. 

Tehranın cümə namazının xətibi məhərrəm ayında Azərbaycan Respublikasında əzadar dəstələrin küçə yürüşünə qadağa qoyulmasından təəssüfləndiyini bildirib və Azərbaycan Respublikası dövlətinə tövsiyə edib ki, Azərbaycan Respublikası xalqının İmam Hüseyn(ə) aşiqi olduğuna görə onun matəm mərasimlərinə mane olmasın.

Sep 14, 2018 15:19 Asia/Baku
Şərhlər