Oct 01, 2018 20:02 Asia/Baku
  • İnqilab Rəhbəri: Həccin siyasi müraciətləri İslam İnqilabını İslam Dünyasına çatdırdı
    İnqilab Rəhbəri: Həccin siyasi müraciətləri İslam İnqilabını İslam Dünyasına çatdırdı

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün günorta çağı İranın həcc üzrə məsul şəxslərdən bir qrupu ilə görüşdə İslam İnqilabı həccinin siyasi müraciətlərinin İslam Dünyasına çatdırılmasını vurğulayıblar.

Həzrət Ayətullahuluzma Xamenei Allah-Taalanın müsəlmanların həcc fərizəsini yerinə yetirmək üçün xas bir zaman və məkanda bir yerə toplaşmaları fərmanının "müsəlmanların əlaqəsi və həmkarlıqları vacibliyi" və "İslam ümmətinin qüdrətinin göstərilməsi" kimi mühüm siyasi cəhət və müraciətlərə malik olduğunu bildirərək, belə qeyd ediblər: Son dərəcə mühüm olan həccin mənəvi cəhətindən əlavə, bu islami həqiqət və hədəflər də göstərilməli və onlar üçün proqramlaşdırma və tədbirlər görülməlidir.

İslam İnqilabının Böyük Rəhbəri "həccdə İslam ümmətinin müxtəlif təbəqələrilə əlaqə","İslam İnqilabı müraciətinin zəvvarlara çatdırılması və onların şəkk-şübhələrinin aradan qaldırılması", "İran İslam Respublikasının digər ölkələlrə əlaqələrinin yaradılması və ya gücləndirilməsi" və "islami firqələrlə dinc yanaşı yaşama"nı həcc günlərində İslam Dünyası üçün siyasi və lazımi müraciətlər adlandıraraq, vurğulayıblar: Həcc İslam Respublikası üçün abıryaratma xüsusiyyətinə malik olmalıdır. Buna görə, həccin siyasi cəhətləri unudulmamalıdır və İbrahim həcci, yəni İslam İnqilabından sonrakı həcc ondan öncəki həccdən və İslamın əsaslarından və İslam İnqilabından uzaq olan ölkələrin həcclərindən fərqlənir.

O həzrət səud dövlətinin Komeyl duası mərasiminin keçirilməsini əngəlləməsinə işarə edərək, əlavə ediblər: Səy və təşəbbüslə bu maneələr və xəsarətləri adlayıb keçmək lazımdır.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə, Əmirəlmöminin(ə)-a, həmçinin İslamın hakimiyyəti dövründəki xəlifələrə və mübarizlərə mənsub olan əsərlər kimi islami abidələrin geniş şəkildə dağıdılmasını tənqid edərək, deyiblər: Müxtəlif ölkələrin öz tarixi abidələrini diqqətlə qoruduqları və hətta bəzən öz tarix və keçmişlərini daha məhsuldar göstərmək üçün abidələri saxtalaşdırdıqları bir halda, indiyədək Məkkə və Mədinədə çoxlu sayda islami abidə dağıdılıbdır.

İslam İnqilabının Böyük Rəhbəri İranın Həcc və Ziyarət Təşkilatına və əlaqədar orqanlara islami abidələrin yerdə qalan hissəsinin dağıdılmasının qarşısını almaq üçün digər islami ölkələrdəki həcc rəsmiləri ilə əlaqə qurmaq, təşəbbüs göstərmək və iş görməyi tapşırıblar.

Teqlər

Şərhlər