• İran və İraqın ərbəin heyətlərinin müştərək iclası keçirilib
    İran və İraqın ərbəin heyətlərinin müştərək iclası keçirilib

İmam Hüseynin şəhadəti ərbəinində zəvvarların gediş-gəlişini asanlaşdırmaq üçün İranın Xuzestan ostanının şələmçə sərhəd məntəqəsində İran və İraqın ərbəin heyətlərinin müştərək iclası keçirilib

İRNA-nın verdiyi məlumata görə, bu gün İraqın daxili işlər nazirinin müavini Məhəmməd Bədr və İranın İraqdakı səfirliyinin hərbi attaşesi General mayor Müstafa Müradiyanın iştirakı ilə keçirilən iclasda tərəflər ərbəin zəvvarlarının gediş-gəlişinin asanlaşdırılması istiqamətində koordinasiyalar barədə fikir mübadiləsi aparıblar. 

Həmçinin İran və İraqın ərbəin heyətərinin müştərək iclasında ərbəin zəvvarlarının gediş-gəlişinin təhlükəsizliyinin təmini, gediş-gəlişin asanlaşdırılması, Şələmçə sərhəd keçid məntəqəsindən əcnəbi vətəndaşların keçməsinin asanlaşdırılması yolları müzakirə edilib. 

Teqlər

Oct 09, 2018 20:42 Asia/Baku
Şərhlər