• General-mayor Əştəri: Sepah-ın Suriyada terrorçulara qarşı əməliyyatı İranın dağıdıcı cavabı idi
    General-mayor Əştəri: Sepah-ın Suriyada terrorçulara qarşı əməliyyatı İranın dağıdıcı cavabı idi

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələri komandanı İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Suriya ərazisində terrorçulara qarşı son əməliyyatını İranın terrorçulara və onların arxasındakı qüvvələrə dağıdıcı cavabı adlandırıb.

General-mayor Hüseyn Əştəri çərşənbə günü hüquq-mühafizə qüvvələrinin xarici ölkələrin irandakı səfirləri, diplomatik korpusları və beynəlxalq təşkilatların nümayəndələri ilə 9-cu iclasında 22 sentyabrda, Müqəddə Müdafiə həftəsində İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktına və bu hadisədə bir qrup vətəndaşın şəhid olması və yaralanmasına işarə edərək, deyib: Bu terror aktı ABŞ-ın və onun regiondakı terrorçularının fitnəsi idi. 

İran İslam Respublikası hüquq-mühafizə qüvvələri komandanı vətəndaşların təhlükəsizliyini İran İslam Respublikasının bütün rəsmilərinin qırmızı xətti adlandırıb və deyib: İstənilən toplumda təhlükəsizlik başlıca ünsürdür. Və hər bir ölkədə hökumətin başlıca prioriteti təhlükəsizliyin təmin edilməsidir. Heç şübhəsiz təhlükəsizliyin təmin edilməsi və sabitlik və ədalətin bərqərar olunması güclü polisə ehtiyaclıdır. 

İranın hüquq-mühafizə qüvvələri komandanı əlavə edib: Bu qüvvələr dəqiq proqramlaşdırma və canfəşanlıq sayəsində düşmənlərin və onların himayədarlarının fitnələrini zərərsizləşdirməyi bacarıb və cinayətkarlar cəbhəsini nakam qoyub. 

Terrorçular 22 sentyabr 2018-ci ildə Əhvaz şəhərində İran İslam Respublikası silahlı qüvvələrinin hərbi parad yürüşü zamanı xalqa tərəf atəş açaraq, 25 nəfəri şəhid etmiş, 69 nəfəri isə yaralamışdılar. 

ABŞ və Ərəbistanın əlaltıları olan İŞİD və Əl-Əhvaziyə terror qruplaşmaları bu terror aktının məsuliyyətini üzərlərinə götürüblər. 

Bu cinayətin ardınca İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah 1 oktyabrda ABŞ və regionun bəzi rejimləri tərəfindən himayə olunan terrorçuların Suriyadakı mövqelərinə raket zərbələri endirdi. 

Oct 10, 2018 17:44 Asia/Baku
Şərhlər