• İtaliyada İranın Mərkəzi Bankının 5 milyard dollar pulunun dondurulmasına dair qərar ləğv edildi
    İtaliyada İranın Mərkəzi Bankının 5 milyard dollar pulunun dondurulmasına dair qərar ləğv edildi

İran İslam Respublikası Prezident Administrasiyasının Beynəlxalq Hüquq Mərkəzinin rəisi deyib: Roma Apellyasiya Məhkəməsi amerikalıların İranın Mərkəzi Bankının təqribən 5 milyard dollar pulunun dondurulmasına dair istəyini rədd edib.

İRNA-nın məlumatına görə, Möhsün Mühibbi deyib: Roma Məhkəməsi 2018-ci ilin iyununda bir qrup amerikalının istəyi əsasında və İtaliyanın daxili qanunlarına istinad edərək, amerikalıların istəyinin təmin olunmasına və İranın Mərkəzi Bankının bütün mal varlığının müvəqqəti olaraq dondurulmasına dair qərar çıxartmışdı. Amma, Apellyasiya məhkəməsinin qərarı ilə ilkin instansiya məhkəməsinin qərarı ləğv edilib.

Mühibbi həmçinin, Tehranın dostluq müqaviləsinin pozulmasına və İranın Mərkəzi Bankının 2 milyard dollar pulunun qanunsuz olaraq müsadirə edilməsinə dair Vaşinqton əleyhinə şikayətinin araşdırılmasının ikinci günündə cərəyan edən proseslər haqda deyib: ABŞ-ın müdafiə komandası İranı terrorizmi himayədə ittiham etsələr də, bu ittihamın heç bir qanuni bazası yoxdur və sübuta yetirilməyib.

İranın Prezident Administrasiyasının Beynəlxalq Hüquq Mərkəzinin sədri daha sonra Əhvazda törədilən terror aktına və bu hadisədə 25 nəfərin şəhid olması və 60 nəfərin yaralanmasına işarə edərək, deyib: Amerika ittihamlara cavab verməkdən boyun qaçırtmaq üçün İranı terrorizmi himayədə ittiham edir.

Mühibbi ABŞ-ın İran şirkətləri və müəssisələri o cümlədən İranın Mərkəzi Bankı qarşısındakı rəftarlarının 1955-ci ildə İran və Amerika arasında imzalanmış dostluq müqaviləsinə zidd olduğunu bildirib və deyib: Hal hazırda ABŞ məhkəmələrinin ölkə sərhədlərindən kənar rəftarları Luksemburq, Kanada və İngiltərədə İranı hədəfə alıb.

Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən elan olunmuş proqrama əsasən ABŞ və İran cümə axşamı və cümə günləri qaldırılmış məsələlərlə bağlı öz mövqelərini bəyan etmək üçün 3 saatlıq fürsətə malik olacaqlar. 

 

Teqlər

Oct 10, 2018 20:34 Asia/Baku
Şərhlər