• İnqilab Rəhbəri: Ölkədə heç bir çıxılmazlıq və həllolunabilməz problem yoxdur

İslam İnqilabının Böyük Rəhbəri İranın üçlü hakimiyyət qüvvəsinin başçıları ilə iclasda vurğulayıblar: Ölkədə heç bir çıxılmazlıq və həllolunabilməz problem yoxdur.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən gecə üçlü hakimiyyət qüvvələrinin başçıları ilə iqtisadi məsələlərin araşdırılması mövzulu iclasda üç hakimiyyət qüvvəsinin və Baş İqtisadi Koordinasiya Şurası üzvlərinin ciddi-cəhdlərini yüksək qiymətləndirərək, bu şuranın başlıca vəzifəsini iqtisadi sahədə irimiqyaslı və problemhəlledən qərarlar adlandıraraq, vurğulayıblar: Ölkənin cari iqtisadi problemlərinin həlli və xalqın ümumi ehtiyaclarının təmini fövqəladə səy və cihadi iş tələb edir.

İslam İnqilabının Böyük Rəhbəri Baş İqtisadi Koordinasiya Şurasının üzvlərinə ölkənin mühüm iqtisadi problemləri və əsas məsələləri barədə qətiyyətli və problemhəlledən qərarlar çıxarmağı tövsiyə edərək, əlavə ediblər: Bank sistemi problemləri, likvidlik, məşğulluq və büdcənin hazırlanması prosesi kimi bəzi əsas iqtisadi məsələlərin həlli üçün ciddi və real qərarlar çıxarın.

O həzrət üçlü qüvvələri, xüsusən dövləti özəl sektorun fəalları və ürəkyanan iqtisadçılarının fikirləri və həll yollarından istifadəyə çağıraraq, deyiblər: Ölkənin hazırkı şəraiti səbəb olubdur ki, ürəkyanan fəallar və elitalar ikiqat məsuliyyətə malik olmuş və özlərinin elmi-praktik bilik və bacarıqlarını məsul şəxslərə təqdim etmiş olsunlar.

Həzrət Ayətullahuluzma Xamenei iqtisadi problemləri "Ölkə iqtisadiyyatının struktur və iç problemləri"nə və "Amerikanın zalımcasına sanksiyalarından qaynaqlanan məsələlər"ə ayıraraq, əlavə ediblər: Bu iki sahənin hər biri ilə üzləşəndə aqilanə həll yollarından istifadə edin ki, onun nəticəsi, xalqın yaşayışından düyünlərin sabit şəkildə açılması və düşmənin sanksiya vasitəsinin təsirindən məyus olması olsun.

İslam İnqilabının Böyük Rəhbəri üç hakimiyyət qüvvəsinin və ölkənin müxtəlif orqanlarının birgə fəaliyyətləri vacibliyini vurğulayaraq, belə qeyd ediblər: Xalqın və məsul şəxslərin əzmkarlığı və iradəsi, bacarıqlı iranlı istedadlar və gənclərin misilsiz imkanlarından istifadə, həmçinin ölkənin əla mənbələri və imkanlarının fəallaşdırılması ilə mütləq daxili və icbari problemlər həll edilmiş olacaqdır.

Teqlər

Oct 11, 2018 14:48 Asia/Baku
Şərhlər