• İngiltərənin İrandakı səfiri: Nüvə anlaşmasına sədaqət London-Tehran əlaqələrinin əsasını təşkil edir
    İngiltərənin İrandakı səfiri: Nüvə anlaşmasına sədaqət London-Tehran əlaqələrinin əsasını təşkil edir

İngiltərənin İrandakı səfiri deyib: Beynəlxalq bir anlaşma kimi nüvə anlaşmasına sədaqət, London-Tehran əlaqələrinin əsasını təşkil edir.

Rob Mak Eyr İranın Fars vilayətinin valisi Esmail Təbadar ilə görüşdə əlavə edib: İngiltərə İranın xüsusən iqtisadi sahədə nüvə anlaşmasının məziyyətlərindən bəhrələnməsinə səy göstərir.

Esmail Təbadar da bu görüşdə Avropa ölkələrinin nüvə anlaşması qarşısındakı mövqelərindən məmnunluq ifadə edib. Deyib ki, Amerikanın nüvə anlaşması ilə bağlı sədaqətsizliyi mütləq tarixdə qeydə alınacaqdır.

Amerika preizdenti Donald Tramp mayın 8-də Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

Trampın bu hərəkəti geniş beynəlxalq tənqidlərlə, xüsusən bu anlaşmanı imzalamış digər tərəflərin tənqidləri ilə üzləşdi.

Teqlər

Oct 14, 2018 09:36 Asia/Baku
Şərhlər