Oct 28, 2018 19:10 Asia/Baku
  • PMT-nin məsul şəxslərinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü
    PMT-nin məsul şəxslərinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü

Passiv Müdafiə Təşkilatının sədri və məsul şəxsləri bu gün günortadan qabaq İran İslam Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüblər.

Həzrət Ayətullahuluzma Xamenei Passiv Müdafiə Təşkilatının sədri və məsul şəxsləri ilə görüşdə passiv müdafiənin düşmənlərin yeniləşən təhdidlərilə mübarizədəki günbəgün artan önəminə toxunaraq, vurğulayıblar: Düşmənlərin hücumlarının mürəkkəb üsulları qarşısında passiv müdafiə də tamamilə sayıqcasına və ciddi olmalı və elmi, dəqiq, modern və hərtərəfli şəkildə əməl və hər cür müdaxilə ilə mübarizə aparmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri bütün bölmələrdəki məsul şəxslərin passiv müdafiənin önəminə diqqət yetirmələrini zəruri adlandıraraq, əlavə ediblər: Əgər İranın məsul şəxsləri bu məsələnin əhəmiyyətini dərk etməzlərsə, İran bəzən əvəzi çıxılmaz təhdidlərə məruz qalacaqdır. Buna görə, İranın istər hərbi, istərsə də qeyri-hərbi bölmələri olsun, müxtəlif sektorlarının məsul şəxsləri passiv müdafiə ilə tam və zəruri şəkildə əməkdaşlıq etməlidirlər.

Teqlər

Şərhlər