• İran prezidenti
    İran prezidenti "13 Aban" yürüşündəki iştirakına görə xalqa təşəkkür etdi

İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: "İmperializm ilə mübarizə" milli günü yürüşü xalqın İslam İnqilabına və onun amallarına olan bağlılığının nişanəsidir.

Həsən Ruhani bazar günü axşam nazirlər kabinetinin iclasında xalqın Ərbəin və "13 Aban" yürüşlərindəki əzəmətli iştirakını yüksək qiymətləndirib və hazırkı həssas günlərdə xalqın səhnədəki geniş iştirakının önəmli mesajlarının olduğunu bildirib. 

İran prezidenti deyib: "ABŞ-ın İrana qarşı düşmənçiliklərinin artdığı və bu ölkənin qanunsu olaraq nüvə anlaşmasından çıxdığı bir şəraitdə  "İmperializm ilə mübarizə" milli gününün möhtəşəm formada qeyd olunması xalqın İslam İnqilabına və onun amallarına olan bağlılığının nişanəsidir. 

Xalqın bu ilki "13 Aban" yürüşündəki geniş iştirakı bir daha sübut edir ki, İslam İnqilabının qələbə çalmasından 40 il ötsə də, xalq hələ də İslam İnqilabının ideyalarına dərindən bağlıdır.

Xalqın Ərbəin yürüşündəki möhtəşəm iştirakı və bu mərasimin hər il daha geniş səviyyədə keçirilməsi də İran xalqının Əhl-Beytə(ə) olan bağlılığına və İmam Hüseynin(ə) iranlıların yanında yüksək mövqeyə malik olmasına dəlalət edir."

İranda "İmperializm ilə mübarizə" milli günü xalqın geniş iştirakı ilə paytaxt Tehran və digər şəhər və kəndlərdə keçirilib. 

Teqlər

Nov 05, 2018 12:48 Asia/Baku
Şərhlər