• Eşqin diyarında axan göz yaşları
    Eşqin diyarında axan göz yaşları

Bu gün İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsənin(ə) şəhadəti münasibəti ilə Məşhəd şəhərində, o həzrətin nəvələrindən olan İmam Rzanın(ə) pak məqbərəsində aşiqlərinin iştirakı ilə əzadarlıq mərasimləri keçirilib.

Mədinədən yüksələn risalət ətri buralara qədər gəlib çatıb. Mühacirəti ilə bu diyarı aşiqlər yuvasına çevirdi.

Bu gün Xatəmül-Ənbiyanın vəfatının ildönümü günüdür. Və bu gün burada, o həzrətin nəvələrindən olan İmam Rzanın(ə) pak məqbərəsində matəm bayraqları dalğalandırılıb.

Yollarda isə göz işlədikcə piyada olaraq bu məkana üz tutan zəvvarları görürsən. Onları bura çəkib gətirən isə eşqdir.

“İmam Rzaya olan eşq insanı buralara çəkib gətirir”

“Həqiqi eşq və məhəbbətin nə olduğunu öyrənmək üçün burdayam”

Bir çoxları isə nəzr ediblər. Nəzr ediblər ki, zəvvarlara xidmət etsinlər.

İslam peyğəmbərinin və Əhl-Beytinin sevgisi aşiqlərinin qəlbini yumşaldır. Və həqiqi eşq elə budur. İmamın məqbərəsinin ətrafı isə əzadarlıq dəstələri ilə doludur. Bu gün, bu gecə, sabah, hər zaman müsəlmanların ürəyi peyğəmbər və onun Əhli-Beyti üçün döyünür.

“İslam Peyğəmbərinin vəfatı və İmam Həsənin şəhadəti münasibəti ilə müsəlmanlara başsağlığı verirəm.”

Bu əzadarlıqlar İslamın 3 əziz şəxsi üçündür. Və onların bir baxışı, bir şəfaəti bütün arzuların çin olmasına kifayət edər.

 

Teqlər

Nov 07, 2018 20:28 Asia/Baku
Şərhlər