• Qasimi: Amerikanlar nadanlıq dərdindən əziyyət çəkirlər

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikanlar yalan və hiylə ilə özlərinin İran xalqına qarşı zalımcasına hərəkətlərinin xalqın mənafeyi istiqamətində olduğunu inandırmağa cəhd göstərirlər.

İSNA-nın verdiyi məlumata görə, İİR XİN sözçüsü Bəhram Qasimi dünən gecə ABŞ Dövlət Departamentində "İranın təşəbbüs qrupu"-nun başçısı Brayan Hukun son sözlərinə münasibət bildirərkən, hal-hazırda Amerika başçılarının çoxunun məlumatsızlıq, özünü bəyənmə və fantastikalara qapılma problemlərindən əziyyət çəkməkdə olduqlarını bildirərək deyib: Huk ya peşəkar yalançıdır ya da özünü bilməməzliyə vurub. 

Brayan Huk çərşənbə axşamı gülünc açıqlamada iddia edib ki, İrana qarşı ağır sanksiyalara rəğmən ərzaq,dərman, tibbi təchizatlar və kənd təsərrüfatı məhsullarının İrana satışına heç vaxt sanksiya tətbiq edilməyib və bundan sonra da edilməyəcək. 

İİR XİN sözçüsü ABŞ-ın indiki hökumətində bir çox rəsmilərin bu kimi reallıqdan uzaq açıqlamalara alışdıqlarını bildirərək deyib: Amerikanlar susmaq yerinə, sayıqlama və yalan söyləmək məcburiyyətində qalıblar və məkirlə, fırıldaqla özlərinin İran xalqına qarşı düşmən və zalım hərəkətlərini uydurmaq istəyirlər. 

Qasimi İran xalqının Amerikanın riyakar siyasətinin mahiyyətini bildiyini xatırladaraq deyib: Gələcəkdə tarix Amerika rəhbərlərinin strateji səhvlərini açıqlayacaq, hansıkı həmin səhvlər dünyanın müxtəlif bölgələrində milyonlarla günahsız insanın ölümünə və geniş dağıntılara gətirib çıxarıb. 

İranın diplomatiya aparatının sözçüsü deyib: Heç bir ağıllı tamahkarlıq və zorakılıqla razılaşmaz və bu gün bir neçə kiçik ölkə istisna olmaqla bütün dünya Amerikanın unilateralist və monopolist siyasətlərinə qarşıdır.

Teqlər

Nov 08, 2018 10:16 Asia/Baku
Şərhlər