• Dünən gecə imam Rzanın(ə) şəhadəti axşamında Məşhəd matəmə qərq olub

Şiələrin səkkizinci imamı həzrət İmam Rzanın(ə) şəhadəti axşamında Məşhəd şəhəri matəmə qərq olaraq, yasa batmışdı.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İmam Rzanın(ə) məqbərəsinə gedən yolların hamısı qara parça ilə örtülüb və İranın müxtəlif şəhərlərindən Məşhəd şəhərinə axın edən əzadarlıq dəstələri sinə və zəncir vuraraq, İmam Rzanın(ə) məqbərəsinə doğru irəliləyiblər. 

İmam Rzanın(ə) şəhadəti axşamında xütbə oxumaq mərasimi də İmam Rzanın(ə) məqbərəsinin xidmətçiləri, zəvvarları və müxtəlif təbəqədən olan insanların iştirakı ilə təşkil edilib. 

Astane Qüdsü Rəzəvi vilayətinin dini məkanlar üzrə müavini Xəlil Münbitinin dediyinə görə, Hüseyn, Kazımeyn, Samira və Abbas məqbərələrinin rəyasət heyətlərinin nümayəndələri bu mərasimin xüsusi qonaqlarıdırlar. 

Bu gün 29 səfər 1440-cı hicri qəməri ili, 8 noyabr 2018-ci il İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür. 

İmam Rza(ə) hicrətin 148-ci ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ilində şəhid olub. 

İmam Rzanın(ə) hayətı və imamlıq dövrü müsəlmanlar arasında Əhli-Beytə(ə) maraq və diqqətin artdığı dövrə təsadüf etdir.

Xalqın imama olan meylinin güclənməsi ilə Abbasi xəliflələrindən olan Məmun o həzrəti şəhid etmək qərarına gəlir. Bu planını o həzrəti zəhərləməklə həyata keçirir. 

İran xalqı İmam Rzanın(ə) şəhadəti axşamında hüseyniyələr, məscidlər və dini məkanlara xüsusilə Məşhəd şəhərində İmam Rzanın(ə) və Qum şəhərində o həzrətin əziz bacısı xanım Məsumənin(s) məqbərəsinə üz tutaraq, əzadarlıq edib. 

Nov 08, 2018 11:07 Asia/Baku
Şərhlər