• General Səlami: İran xalqı düşmənin təhdidlərini fürsətə çevirib

İslam İnqilabının Keşikçiləri Korpusunun komandanı əvəzi deyib: İran xalqı öz gücü ilə regionda düşmənin təhdidlərini fürsətə çevirib.

General Mayor Hüseyn Səlami dünən gecə İRNA-nın müxbirinə verdiyi müsahibədə deyib: İran xalqının təhdidlər, təzyiqlər qarşısındakı sarsılmazlığı düşmənlərin təhdidlərinin İran xalqın üçün yaxşı fürsətlərə çevrilməsinə gətirib çıxarıb.

Sepahın komandan əvəzi deyib: Yaxın gələcəkdə İran xalqı bütün problemləri arxada qoyacaq və düşmənlərin çöküşü müşahidə olunacaq. 

General Səlami deyib: Hazırkı durum İran islam Respublikasının xeyirinədir və heç bir nigaranlıq yoxdur.

 

Teqlər

Nov 08, 2018 14:55 Asia/Baku
Şərhlər