Nov 13, 2018 16:35 Asia/Baku
  • İranın müdafiə naziri: Silahlı Qüvvələr özünəsöykənməyə daha əzmkar olublar
    İranın müdafiə naziri: Silahlı Qüvvələr özünəsöykənməyə daha əzmkar olublar

İranın müdafiə naziri deyib: Müdafiə sahəsindəki sanksiyalar İran İslam Respublikasının Silahlı Qüvvələrini özünəsöykənməyə və öz ayağı üstündə durmağa daha da əzmkar edəcək.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün IRNA ilə müsahibədə əlavə edib: Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının yeni mərhələsinin başlanmasından sonra münasib həll yolları təqdim olundu və aparılmış proqramlaşdırmalara və düşünülmüş tədbirlərə əsasən, silahlı qüvvələr daha artıq özünəsöykənmə səmtinə hərəkət etməkdədirlər.

İranın müdafiə naziri bildirib ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin ehtiyaclarının yüz faizi bacarıqlı və istedadlı gənc iranlı qüvvələr tərəfindən təmin və istehsal olunur. O, vurğulayıb: Cari cünəş ilinin sonunadək universitetlərin və rabitə nazirliyinin həmkarlığı ilə kosmos və dəniz sahələrində təqribən altmış mühüm layihə istifadəyə veriləcək.

Teqlər

Şərhlər