Nov 14, 2018 09:58 Asia/Baku
  • İran ordusu dəniz qoşunlarının komandanı: Əcnəbilər Hind okeanında təhlükəsizliyi təmin etməyə qadir deyillər
    İran ordusu dəniz qoşunlarının komandanı: Əcnəbilər Hind okeanında təhlükəsizliyi təmin etməyə qadir deyillər

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı Hind okeanı regionunun təhlükəsizlyinin region ölkələri tərəfindən təmin olunmalı olduğunu vurğulayaraq deyib: Əcnəbilər bu regionun təhlükəsizliyini təmin etməyə qadir deyillər.

İRİB-in verdiyi məlumata görə, İİR ordusunun Dəniz Qoşunlarının komandanı Kontr Admiral Hüseyn Xanzadi dünən Hind okeanı dəniz qoşunları komandanlarının iclasının(IONS) təşkil edilməsinin 10-cu ildönümündə Hindistan ordusu dəniz qoşunlarının dəniz təhlükəsizliyi sahəsindəki səylərini yüksək qiymətləndirərək deyib: Dəniz təhlükəsizliyinin təmini ölkələrin geopolitik çəkisindən, qabiliyyətləri və bacarıqlarından və kollektiv iştirak həddindən asılıdır. 

Hind okeanı dəniz qoşunları komandanları iclasının sədri regionda təhlükəsizlik tərtibatının dəyişməsi barədə də deyib: Bu gün dəniz vasitəsi ilə dünya səviyyəsində malların daşınmasında Hind okeanı böyük rola malikdir və bu sahədə bu okeanın aparıcı rolu region və dünyanın diqqət mərkəzindədir. 

İİR Ordusu Dəniz Qoşunlarının komandanı IONS-un on illiyi mərasimində iştirak etmək üçün yüksək səviyyəli hərbi bir heyətə başçılıq edərək Hindistan paytaxtı Yeni Dehliyə səfər edib. 

İİR Ordusu Dəniz Qoşunları 2016-cı ildən 2 il müddətinə Hind okeanı regionu ölkələrinin dəniz qoşunları iclasına sədirlik edir. 

Teqlər

Şərhlər